"Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi" "Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi"
  • Fanat
  • 25 Mart 2019 20:50
  •  1 787

Valdas Urbonas: "Sevinirik ki, Litvaya 0:0 hesabı ilə qayıdırıq"

"Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi"

"Maraqlı və əzmkar oyun getdi. Görüşə ciddi hazırlaşmışdıq".

Bunu futbol üzrə Litva yığmasının baş məşqçisi Valdas Urbonas deyib.

Baltikyanı ölkə təmsilçisi Azərbaycan millisi ilə keçirdiyi yoldaşlıq görüşündə heç-heçə (0:0) edib.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Urbonas fikrini bu sözlərlə davam etdirib: "Azərbaycanın yaxşı komanda olduğunu bilirdik. Müdafiədə etibarlı çıxış etdik. Fikrimcə, ilk hissədə daha yaxşı oynadıq. Topa sahib olur, təşkilatlanmış hücumlar edirdik. Bu oyuna mövqelər üzrə yanaşırdıq. Meydan sahibləri bu gün ikinci hissədə daha fəal idilər. Ancaq nəticə oyuna görə idi. Hər iki komandanın qol imkanları çox olmadı. Komandamın oyunundan razı qaldım".

O bildirib ki, Azərbaycan yığmasının individual cəhətdən texnikalı oyunçuları var: "Onlara qarşı qrup şəklində düzgün müdafiə olunmaq vacib idi. Azərbaycan yığmasına qapımız qarşısında rahat oynamaq imkanı vermədik. Təbii ki, hücumlar etməyə də çalışırdıq. Pressinq edərək, qol vəziyyətləri yaratmaq istədik. Seçmə mərhələdə uduzduğumuz Lüksemburqla Azərbaycanı müqayisə etmək etmək istəmirəm. Çünki biri rəsmi, digəri yoldaşlıq görüşü idi. Bunlar arasında böyük fərq var. Bir o qədər də uğurlu təqvim deyildi. Birinci yoldaşlıq görüşü keçirməyimiz daha yaxşı olardı. Sizin komandanız Xorvatiyaya çətin anlar yaratmağı bacarmışdı. Orda müdafiədən oynamağa məcbur idi. Bu gün də topla oynamaq bacardığını göstərdi. Top səndə olanda yaradıcılıq qabiliyyətin daha yaxşı büruzə verir. Heyətdə bəzi rotasiyalar etdim. İki səfər oyunundan sıfırla qayıtmaq istəmirdik. Sevinirik ki, bu gün Litvaya 0:0 hesabı ilə qayıdırıq".

O, Azərbaycan millisini yaxşı komanda olduğunu da vurğulayıb: "Baş məşqçiniz yeni idi. Fərdi cəhətdən yaxşı oyunçularınız var. Ümumilikdə təhlil etmək baş məşqçinizə hörmətsizlik olardı. Bir daha rəqibin yaxşı komanda olduğunu gördüm. Azərbaycan yığmasına uğurlar arzulayıram. Doğma dilinizdə deyil, rus dilində danışmağıma gəlincə, Azərbaycan da Postsovet ölkələrindən biridir. Əgər Litva dilində danışmağımı istəyirsinizsə, problem yoxdur. İngilis dilində də həmçinin. Əsas odur ki, burda futbol barədə danışırıq".

AzNews.az