"Mən həmişə yaxşı oynamaq istəyirəm" "Mən həmişə yaxşı oynamaq istəyirəm"
  • Fanat
  • 25 Mart 2019 22:20
  •  1 085

"Məni milliyə çağırmamasının səbəbini Qurbanovdan soruşun" - Eddi İsrafilov

"Mən həmişə yaxşı oynamaq istəyirəm"

"Bu gün sadəcə, qol çatmadı. Yaxşı oynadıq, mübarizə apardıq, amma fərqlənə bilmədik. Yeni oyunçular və baş məşqçi ilə bundan sonra daha yaxşı məşq edib növbəti qarşılaşmalara hazırlaşacağıq".

Bunu Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov evdə Litva yığması ilə qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

İspaniya "Alkorkon"undan dəvət almış yarımmüdafiəçi digər sualları da cavablandırıb...

Xorvatiya ilə oyundan sonra hər kəs yığmadan qələbə gözləyirdi...

- Gələcək haqda heç kim dəqiq nəsə deyə bilməz. Qələbəni hər birimiz arzulayırıq, amma bəzən bunu reallaşdıra bilmirik. Daha çox və daha yaxşı məşq edərək növbəti oyunlarda qələbə qazanacağımızı düşünürəm.

Komandanın qrupdan çıxma şansını necə qiymətləndirirsiniz? Sizcə, bu, reallaşa bilər?

- Bilmirəm. Biz qrupdan çıxmaq istəyirik, amma yekunda nə olacağını deyə bilmərəm. Əlbəttə, bunun üçün gücümüz də, istəyimiz də var. Sadəcə, gələcəyi qabaqlamaq olmur.

Uzun müddətdir milli komandaya dəvət almırdınız. Əvvəlki illərlə müqayisədə bu dəfə həm Xorvatiya, həm də Litva ilə matçlarda daha yaxşı çıxış etdiniz. O zamandan bəri millidə nə dəyişib?

- Mən həmişə yaxşı oynamaq istəyirəm. Bu, bəzən alınır, bəzən yox. Dediyiniz kimi, bu matçlarda yaxşı çıxış etmişəmsə, mənim üçün xoşdur.

Qurban Qurbanov millinin baş məşqçisi olduğu zamanlarda sizə dəvət yollamadı. Onunla bu barədə söhbətiniz olmuşdu?

- Bu barədə məndən deyil, Qurbanovun özündən soruşmalısınız.

Nikola Yurçeviç haqqında nə düşünürsüz: Komandanı gücləndirə bilərmi?

- Hələ bu barədə danışmaq çox tezdir. Yaxşı “oğlandır”, yaxşı motivatordur, bizimlə çox danışır, oyuna kökləyir. Amma oynayaq, görək, nəticələr necə olacaq. (report)

AzNews.az