- Fanat
- 4 Aprel 2019 18:23
- 2 047
FIDE-nin prezidenti: "Bu, şahmatçıları qələbəyə sövq edəcək"

"Biz isə bu yeniliyin necə nəticələnəcəyi gözləyəcəyik".
"Şahmatda heç-heçə daha məntiqli nəticədir. Xüsusən ona görə ki, səviyyəli qrossmeysterlər oynayırlar".
Bu fikirləri "ShamkirChess 2019" superturnirini izləmək üçün Azərbaycana gələn Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç deyib.
Federasiya rəhbəri bildirib ki, müxtəlif idman növlərində tay-breyk sistemlərindən istifadə olunur: "Məsələn, futbolda qələbəyə 3 xal verilir. Bu il Stavanger turniri təşkilatçıları qərara alıblar ki, klassik şahmatda qələbəyə 3 xal verilsin. Heç-heçə təqdirində isə onlar armagedon oynayacaqlar. Armagedonda isə qələbəyə üçdən az xal veriləcək. Bu isə şahmatçıları qələbəyə sövq edəcək. Biz isə bu yeniliyin necə nəticələnəcəyi gözləyəcəyik".
FİDE-nin vitse-prezidenti Mahir Məmmədov isə ötənilki turnirdə heç-heçə sayından narahat olduqlarını, bunu aradan qaldırmaq üçün ən yaxşı vasitənin qələbəyə 3 xal vermək olduğunu vurğulayıb. (report)
AzNews.az