Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub
  • Fanat
  • 18 Aprel 2019 15:47
  •  1 389

Şotlandiya millisinin baş məşqçisi istefa verdi

Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub

Futbol üzrə Şotlandiya milli komandasının baş məşqçisi Aleks Makliş postundan ayrılıb.

Şotlandiya Futbol İttifaqının rəsmi saytı xəbər verir ki, 60 yaşlı mütəxəssis 2020-ci il Avropa çempionatının seçmə mərhələsindəki uğursuz nəticələrlə əlaqədar istefaya göndərilib. Onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.

Qeyd edək ki, Aleks Makliş Şotlandiya yığmasına 2018-ci ildə baş məşqçi təyin olunub. Həmin vaxt onunla 2 illik müqavilə bağlanılıb. Komanda onun rəhbərliyi altında UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunu ilk pillədə başa vurub və "play-off"a vəsiqə qazanıb. AVRO-2020-nin seçmə mərhələsində isə britaniyalılar I qrupda 2 oyuna 3 xal qazana bilib. İlk turda Qazaxıstana 0:3 hesabı ilə uduzan Şotlandiya növbəti qarşılaşmasında San-Marinonu udub - 2:0.(report.az)

AzNews.az