"Son iki mövsümdə etdiklərimiz inanılmazdır" "Son iki mövsümdə etdiklərimiz inanılmazdır"
  • Fanat
  • 18 Aprel 2019 15:55
  •  780

“Mərhəmətsiz sonluq oldu” - Qvardiola

"Son iki mövsümdə etdiklərimiz inanılmazdır"

“Mançester Siti” Çempionlar Liqasının 1/4 final mərhələsində “Tottenhem”i 4:3 hesabı ilə məğlub etsə də, turnirlə vidalaşıb.

Oyundan sonra "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb: “Çox mərhəmətsiz sonluq oldu, ancaq bunu qəbul etmək məcburiyyətindəyik. İlk oyunda penalti qaçırdıq. Çox güclü komanda ilə oyunda xeyli qol vəziyyətləri yaratdıq.

Son saniyəyə kimi mübarizə apardıq. Son iki mövsümdə etdiklərimiz inanılmazdır. Futbolçular və azarkeşlərlə qürur duyuram. Stadionumuzu heç vaxt belə görməmişdim. Təəssüf ki, nəticəni qazanmadıq. “Tottenhem”i təbrik edirik və yarımfinalda uğurlar arzu edirik”.(qafqazinfo.az)

AzNews.az