Bunu portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb Bunu portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb
  • Fanat
  • 19 Aprel 2019 16:43
  •  2 027

Ronaldo “Yuventus”dan getmək barədə düşünmür

Bunu portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb

Portuqaliya milli komandasının futbolçusu Kriştianu Ronaldo İtaliyanın “Yuventus” klubunu tərk etməyəcək.

Bunu hücumçu ilə yaxın münasibətləri olan portuqaliyalı jurnalist Edu Aqirre açıqlayıb.

O bildirib ki, K.Ronaldonun yayda Turin təmsilçisindən ayrılacağı ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. E.Aqirre 2022-ci ilin yayınadək müqaviləsi olan futbolçunun klubunu vaxtından tez dəyişmək barədə düşünmədiyini söyləyib.

K.Ronaldo “Yuventus”da qalsa da, komandada ciddi islahatlar olacağı bildirilir.(ona.az)

AzNews.az