"Real Madrid"in müdafiəçisi mövsümün sonuna kimi sıradan çıxdı

İspaniyalı oyunçunun körpücük sümüyü sınıb.

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Alvaro Ordiosola mövsümün sonuna kimi sıradan çıxıb.

24 yaşlı müdafiəçi məşqdə zədələnib. İspaniyalı oyunçunun körpücük sümüyü sınıb.

O, Zinəddin Zidanın baş məşqçi postuna qayıtmasından sonra 4 matçda start heyətdə meydanda olub.

Qeyd edək ki, Alvaro Ordiosola bu mövsüm 22 oyunda iştirak edib və 1 qol vurub. (report)

AzNews.az