Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0. Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.
  • Fanat
  • 19 Aprel 2019 20:37
  •  1 516

"Neftçi" "Qarabağ"la arasındakı xal fərqini azaldı

Matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV tura yekun vurulub.

Həftənin son oyununda "Sabah" "Neftçi"ni qəbul edib. Masazırdakı "Əlincə Arena"da baş tutan matç qonaqların qələbəsi ilə başa çatıb - 2:0.

Matçın 55-ci dəqiqəsində "Sabah"ın sağ cinah müdafiəçisi Məmmədov Novruz ikinci dəfə vərəqə görərək meydandan qovulduqdan sonra "Neftçi"nin heyətində Namik Ələsgərov dubl edib. O, 59-cu və 62-ci dəqiqələrdə fərqlənib.

Bu qələbədən sonra xalını 55-ə çatdıran "Neftçi" ən yaxın izləyicisi olduğu lider "Qarabağ"la aradakı xal fərqini 2-yə endirib. "Sabah" isə 26 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" "Keşlə"ni 3:0, "Səbail" isə "Sumqayıt"ı 2:1 hesabı ilə məğlub edib. Bu gün keçirilən "Qəbələ" - "Zirə" matçında isə meydan sahibləri qalib gəlib - 2:1. (report)

AzNews.az