"Bakıdakı tras yaxşıdır, amma..." "Bakıdakı tras yaxşıdır, amma..."
  • Fanat
  • 22 Aprel 2019 13:18
  •  1 793

“Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi” - Lüis Hemilton

"Bakıdakı tras yaxşıdır, amma..."

“Ötən il Bakıda qalib gələndə bəxtim gətirdi. Həftəsonu ərzində ən sürətli deyildim”.

Bunu “Marca”ya “Formula 1” üzrə 2018-ci il Azərbaycan Qran-prisinin qalibi Lüis Hemilton deyib. Beşqat dünya çempionu olan 34 yaşlı britaniyalı pilot həftəsonu baş tutacaq yarışla bağlı da fikirlərini bölüşüb: “Bakıdakı tras yaxşıdır, amma onun üzərində inadla çalışmaq lazımdır. Məqsədim daha inkişaf etmək və yaxşı olmaq, indikindən də yüksək nəticələr qazanmaqdır. Bottasın mənimlə rəqabət aparacağını, “Ferrari”nin də özünü göstərəcəyini gözləyirəm”.

Qeyd edək ki, yeni mövsümün ilk üç mərhələsində “Mercedes” pilotları qalib olublar. Lüis Hemilton Çin və Şanxayda, onun komanda yoldaşı Valtteri Bottas isə Avstraliyada rəqiblərini qabaqlayıb. Üç mərhələdən sonra Bottas 44 xalla 1-ci, Hemilton 43 xalla 2-ci, Avstriya “Red Bull”undan Maks Ferstappen 27 xalla 3-cüdür.

Azərbaycan Qran-prisi 26 - 28 apreldə olacaq.(report.az)

AzNews.az