Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb.
  • Fanat
  • 23 Aprel 2019 23:58
  •  1 663

İngiltərə Premyer Liqası tarixinin ən erkən qolu vuruldu

Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb.

Futbol üzrə İngiltərə Premyer Liqasının XXXI turundan təxirə salınan "Uotford" - "Sautgempton" matçında yeni rekord qeydə alınıb.

"Sautgempton"un futbolçusu Şeyn Lonq Premyer Liqa tarixinin ən erkən qoluna imza atıb. 32 yaşlı hücumçu qarşılaşmanın 7-ci saniyəsində fərqlənib.

Bundan əvvəlki göstərici isə "Tottenhem"in sabiq futbolçusu Ledli Kinqə məxsus idi. İngiltərəli müdafiəçi 2008-ci ildə "Bredford"la matçın 9-cu saniyəsində qol vura bilib.

Qeyd edək ki, ilk hissədən sonra "Sautgempton" 1:0 hesabı ilə öndədir. (report)

AzNews.az

image description image description image description image description image description image description image description