Komanda 30 yaşındakı futbolçunu satmağı hədəfləyir Komanda 30 yaşındakı futbolçunu satmağı hədəfləyir
  • Fanat
  • 24 Aprel 2019 13:19
  •  1 687

Məsut Özil “Arsenal”dan ayrılır

Komanda 30 yaşındakı futbolçunu satmağı hədəfləyir

Bu mövsüm Premyer Liqada işləri istədiyi kimi getməyən “Arsenal” yeni mövsümdə heyətini yeniləməyi planlaşdırır.

“Topçular” ilk olaraq yüksək maaşlı futbolçularla yolları ayıracaq. Unay Emerinin hazırladığı siyahının lap əvvəlində əslən türkiyəli olan alman futbolçu Məsut Özil yer alır. Komanda həftəlik 350 min funt sterlinq maaş alan 30 yaşındakı futbolçunu satmağı hədəfləyir. Həmçinin, həftəlik 180 min funt sterlinq qazanan erməni Henrix Mixtaryanla da yollar ayrılacaq.

Qeyd edək ki, mövsümün sonunda ayrılacaqları dəqiqləşən Peter Çex və Aron Rəmseyin də maaşlarından qurtulacaq “Arsenal” daha güclü heyət qurmaq planına sahib olacaq.(modern.az)

AzNews.az