Qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb Qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb
  • Fanat
  • 20 May 2019 14:06
  •  1 734

Oyun zamanı infarkt keçirən hakim öldü - VİDEO

Qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb

Boliviya çempionatının 25-ci turunda keçirilən “Olueys Redi” – “Oriente Petrolero” qarşılaşmasının baş hakimi Viktor Hurtado həyatını itirib.

Qarşılaşmanın 47-ci dəqiqəsində 32 yaşlı referinin ürəyi dayanıb.

Həkimlərin ilk müdaxiləsindən sonra ayılan Hurtado, dərhal xəstəxanaya aparılıb. Lakin orda da ikinci dəfə infarkt keçirən referinin həyatını xilas etmək mümkün olmayıb.

“Olueys Redi” klubunun ev oyunlarını keçirdiyi “El-Alto” stadionu dəniz səviyyəsindən 4150 metr yüksəklikdədir.(qafqazinfo.az)

AzNews.az