Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.
  • Fanat
  • 20 May 2019 18:29
  •  1 042

"Arsenal" Bakıdakı final matçından öncə Avstriya komandası ilə qarşılaşacaq

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq.

İngiltərənin "Arsenal" komandası Bakıda keçiriləcək Avropa Liqasının final oyunundan əvvəl yoldaşlıq matçında qüvvəsini sınayacaq.

London təmsilçisi Avstriyanın LASK kollektivi ilə üz-üzə gələcək. Görüş mayın 23-də təşkil olunacaq.

Bundesliqanı ikinci pillədə bitirəcəyi dəqiqləşən komanda "Arsenal"ın dəvəti ilə İngiltərəyə yollanacaq.

Qeyd edək ki, Bakıdakı finalın digər iştirakçısı "Çelsi" yoldaşlıq görüşündə ABŞ-ın "New England Revolution" kollektivini 3:0 hesabı ilə məğlub edib. Həmin qarşılaşmada komandanın yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələnib və onun Avropa Liqasının finalında iştirak etməyəcəyi dəqiqləşib.

Final matçı mayın 29-da Bakı Olimpiya Stadionunda olacaq. (report)

AzNews.az