Hazırlıq prosesində 17 futbolçu iştirak edib. Hazırlıq prosesində 17 futbolçu iştirak edib.
  • Fanat
  • 21 May 2019 20:25
  •  1 375

Azərbaycan millisinin açıq məşqi keçirildi - FOTO

Hazırlıq prosesində 17 futbolçu iştirak edib.

AVRO-2020-nin seçmə mərhələsində iyunun 8-də Macarıstan, 3 gün sonra isə Slovakiya yığmasını qəbul edəcək Azərbaycan millisinin açıq məşqi keçirilib.

"Bakcell Arena"da baş tutan hazırlıq prosesində 17 futbolçu iştirak edib. Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı üçün tədbirlərə qatılan Qara Qarayev sabah geri dönəcək.

Bəhlul Mustafazadə, Əli Babayev, Dmitri Nazarov, Rüfət Dadaşov, Renat Dadaşov komandaya mayın 24-də qoşulacaq. Emil Balayev, Pavel Paşayev, Ramil Şeydayev və Eddi İsrafilov isə iyunun 3-də gələcək.

AzNews.az

image description image description image description image description image description image description