37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub. 37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.
  • Fanat
  • 22 May 2019 20:23
  •  1 304

"Çelsi" Bakı finalından əvvəl daha bir oyunçusu ilə müqaviləni yenilədi

37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.

İngiltərənin "Çelsi" klubu Bakıda "Arsenal"a qarşı keçirəcəyi Avropa Liqasının final matçından əvvəl qapıçısı Villi Kabalyero ilə müqaviləni uzadıb.

37 yaşlı qolkiperlə yeni sözləşmə 2019/2020 mövsümünün sonunadək nəzərdə tutulub.

"Göylər" argentinalı oyunçudan əvvəl fransalı hücumçusu Olivye Jiru ilə də 1 illik anlaşma əldə edib.

Qeyd edək ki, Kabalyero "Çelsi"yə 2017-ci ilin yayında "Mançester Siti"dən, Jiru isə 2018-ci ilin yanvarında "Arsenal"dan keçib. Final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. (report)

AzNews.az