Turnirdə Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançı iştirak edib Turnirdə Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançı iştirak edib
  • Fanat
  • 23 May 2019 13:43
  •  1 304

Batutçularımız Rusiyada qızıl medal qazandılar

Turnirdə Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançı iştirak edib

Ötən gün Rusiyanın Krasnodar şəhərində batut gimnastikası üzrə Rusiya çempionatının final yarışları baş tutub.

Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, Rusiyanın 35 regionundan ümumilikdə 600-dən çox idmançının iştirak etdiyi turnirdə Azərbaycan gimnastları da uğurla çıxış ediblər. Belə ki, bu yarışlarda ölkəmizi təmsil edən böyük gimnastlarımız Ruslan Ağamirov və İlya Qrişunin sinxron proqramda ən yüksək nəticəni göstərərək, qızıl medal qazanıblar.

Yarışda çıxış edən xanım gimnastımız Selcan Mahsudova turniri 51.550 xalla 4-cü, digər təmsilçimiz Hüseyn Abbasov isə 8-ci yerdə başa vurublar.(trend.az)

AzNews.az