İspaniyanın “Barselona” klubu yeni transferini açıqlayıb İspaniyanın “Barselona” klubu yeni transferini açıqlayıb
  • Fanat
  • 23 May 2019 15:44
  •  916

“Barselona” 18 yaşlı hollandiyalı ilə müqavilə imzaladı

İspaniyanın “Barselona” klubu yeni transferini açıqlayıb

Kataloniya təmsilçisi Hollandiyanın “Qroningen” klubunun yarımmüdafiəçisi Lüdviq Reyslə müqavilə imzalayıb.

18 yaşlı futbolçunun keçidi 3,25 milyon avroya gerçəkləşib. Müqavilə 3+2 il müddətinə bağlanılıb. Anlaşmada L.Reysin satış qiyməti kimi 100 milyon avro göstərilib.

Qeyd edək ki, slovak əsilli hollandiyalı “Qroningen”in öz yetirməsidir. 2017-ci ildən klubun əsas heyətində oynayan L.Reys cari mövsüm 31 matçda 1 qol vurub.(ona.az)

AzNews.az