“Qəbələ”də kütləvi ayrılıqlar davam edir “Qəbələ”də kütləvi ayrılıqlar davam edir
  • Fanat
  • 24 May 2019 15:37
  •  1 084

Qriqorçukla gələnlər “Qəbələ”dən göndərildi

“Qəbələ”də kütləvi ayrılıqlar davam edir

Sənan Qurbanovu baş məşqçi postunda saxlayan Azərbaycan Kubokunun son qalibi əcnəbi mütəxəssislərlə yollarını ayırıb.

Bunlar ukraynalı məşqçilər - fiziki hazırlıq üzrə Vladimir Şeludkoyla qapıçılarla işləyən Aleksandr Qluşenkodur.

Şeludko eyni zamanda zədəli futbolçuların reabilitasiyası ilə məşğul idi.

“Qəbələ”nin texniki personalında da gedişlər olub. Belə ki, ukraynalı həkim Roman Jolobaylyukla da yollar ayrılıb.

"Qəbələ" müqavilələrinin müddətini uzatmadığı bu ukraynalılar hələ həmyerliləri Roman Qriqorçuk baş məşqçi təyin olunanda dəvət olunmuşdular.(sportinfo.az)

AzNews.az