"Gələcəkdə heç nə təşkil edə bilməyəcəyik” "Gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”
  • Fanat
  • 24 May 2019 23:12
  •  2 032

UEFA prezidenti Mxitaryanın Bakıya gəlməməsinə münasibət bildirdi

"Gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”

UEFA-nın prezidenti Aleksandr Ceferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib.

Ceferin final oyunu fonunda Azərbaycanda insan haqlarının vəziyyəti haqqında deyilənlərə münasibət bildirərkən qeyd edib ki, bu, digər Avropa ölkələrinə də aiddir. UEFA prezidenti Mxitaryanın “təhlükəsizlik” məsələsinə görə Bakıya gəlməməsindən də danışıb. Bildirib ki, Mxitaryanın dedikləri Fransada “Avro-2016” keçirildiyi ilə paralellik təşkil edir.

“Terror hücumlarının hədəfində olan Fransada Avropa çempionatını təşkil etməyi bacardıq. Futbol bu cür gərginliklərə görə dayandırılsa, gələcəkdə heç nə təşkil edə bilməyəcəyik”, - deyə UEFA prezidenti qeyd edib.

AzNews.az