Həmyerlimiz çempion tituluna ipponla nail olub Həmyerlimiz çempion tituluna ipponla nail olub
  • Fanat
  • 25 May 2019 13:54
  •  858

Azərbaycan cüdoçusu Qran-pridə qızıl medal qazandı

Həmyerlimiz çempion tituluna ipponla nail olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Qran-pri turnirində qızıl medal qazanıb.

73 kq çəki dərəcəsində çıxış edən idmançımız Çinin Hohhot şəhərində keçirilən yarışda bütün rəqiblərini məğlub edib.

İlk görüşdə gürcüstanlı Georgios Azoidisə qalib gələn H. Heydərov ardınca Yevgeni Prokopçuk (Rusiya), Antuan Buşar (Kanada) və Tommi Masuasuni (İsveç) də məğlub edib. Cüdoçumuz finalda Viktor Skvortsovla (BƏƏ) üz-üzə gəlib. Görüş H. Heydərovun qələbəsi ilə başa çatıb. Həmyerlimiz çempion tituluna ipponla nail olub.

Ondan fərqli, 73 kq çəki dərəcəsində mübarizə aparan Rüfət Məmmədov startda fransalı Qiyom Şaneyə uduzub.

Qeyd edək ki, yarışda son olaraq tatamiyə Zelim Kotsoyev (100) çıxacaq. O, Qran-priyə sabah qoşulacaq. (ONA)