Millimiz böyük hesabla məğlub oldu

Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

İyunun 11-də futbol üzrə Azərbaycan millisi “Avro 2020”nin seçmə mərhələsi çərçivəsində “Bakcell Arena”da Slovakiya yığmasını qəbul edib.

Oyun qonaqların 1:5 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda komandamızın yeganə qolunu matçın 29-cu dəqiqəsində Ramil Şeydayev vurub.

Hazırda E qrupuna iki oyundan 6 xal toplayan Macarıstan, Xorvatiya və Slovakiya milliləri başçılıq edir.

Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə “Avro 2020”nin final mərhələsinin görüşləri 12 şəhərdə keçiriləcək. Çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin bir görüşü Bakıda oynanılacaq.(AZƏRTAC)

AzNews.az

image description image description image description