Baş məşqçinin oğluda bu komandaya cəlb edildi Baş məşqçinin oğluda bu komandaya cəlb edildi
  • Fanat
  • 15 İyun 2019 20:09
  •  1 541

“Qarabağ” futbol komandasında daha bir Qurbanov

Baş məşqçinin oğluda bu komandaya cəlb edildi

Son Azərbaycan çempionu “Qarabağ” yoxlama matçı keçirib.

Ağdam təmsilçisi “Azərsun Arena”da “Səbail”lə üz-üzə gəlib.

Qarşılaşma Qurban Qurbanovun komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Dani Kintana, Filip Ozobiç və Toral Bayramov fərqlənibsə, qonaqların qoluna Fəhmin Muradbəyli imza atıb.

Qeyd edək ki, “Qarabağ”ın oyuna çıxdığı start heyətdə Qurban Qurbanovun oğlu Musa Qurbanlı da yer alıb. O, bunadək “atlılar”ın əvəzedici komandasında çıxış edib.(qafqazinfo.az)

AzNews.az