"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib. "Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.
  • Fanat
  • 16 İyun 2019 16:18
  •  2 001

Stiven Jozef-Monroz "Neftçi" komandasında

"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.

AzNews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, fransız futbolçu ilə 2 il müddətinə müqavilə imzalanıb. 28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, "Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.

AzNews.az