İlk tura C qrupunun Yaponiya – Çili matçı ilə yekun vurulacaq İlk tura C qrupunun Yaponiya – Çili matçı ilə yekun vurulacaq
  • Fanat
  • 17 İyun 2019 10:28
  •  1 697

Amerika kuboku: Uruqvay rəqibini darmadağın etdi - VİDEO

İlk tura C qrupunun Yaponiya – Çili matçı ilə yekun vurulacaq

Braziliyada keçirilən Amerika kuboku davam edir.

Yarışın üçüncü günündə daha iki oyun keçirilib.

Hər iki matçda 4 qol vurulub. B qrupunda ilk tura Paraqvayla Qətər arasında qarşılaşma ilə yekun vurulub. Hərəyə 2 qol vuran komandalar 1 xal qazanıblar.

C qrupunda mübarizəyə darmadağınla start verilib. Uruqvay Ekvador üzərində 4:0 hesablı qələbəyə sevinib.

Qeyd edək ki, ilk tura C qrupunun Yaponiya – Çili matçı ilə yekun vurulacaq. (APA)

Amerika kuboku
I tur
B qrupu
Paraqvay – Qətər – 2:2

Kardozo, 4 (pen.), Qonzales, 56 – Almoez, 68, Boualem, 77
C qrupu
Uruqvay – Ekvador – 4:0

Lodeyro, 6, Kavani, 33, Suares, 44, Mina, 76 (avtoqol)