Yeni transfer “Sabah”dan gəlir. Yeni transfer “Sabah”dan gəlir.
  • Fanat
  • 17 İyun 2019 18:28
  •  1 473

“Sumqayıt” da öz heyətini möhkəmləndirir

Yeni transfer “Sabah”dan gəlir.

2019-2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçu ilə müqavilə bağlayıb.

“Sumqayıt” futbol klubunun mətbuat xidmətindən bildirilib ki, komanda son mövsümü “Sabah”da keçirmiş Elgün Nəbiyevi heyətinə cəlb edib. Birillik icarə əsasında “Sumqayıt” klubunda çıxış edəcək 23 yaşlı futbolçu 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Elgün Nəbiyev “Sabah”la yanaşı (25 oyun, 1 qol) “Zirə”nin də (4 oyun) uğurları üçün çalışıb.(AZƏRTAC)

AzNews.az