"Minsk 2019" II Avropa Oyunlarının məşəli Belarus paytaxtına gətirilib "Minsk 2019" II Avropa Oyunlarının məşəli Belarus paytaxtına gətirilib
  • Fanat
  • 18 İyun 2019 12:18
  •  1 105

Azərbaycanlı idmançı II Avropa Oyunlarının məşəlinin estafetində iştirak etdi

"Minsk 2019" II Avropa Oyunlarının məşəli Belarus paytaxtına gətirilib

Məşəl İtaliyanın paytaxtı Minskdə yandırıldıqdan sonra 46 gün yol qət edib. Estafeti şəhərdə bədii gimnastika üzrə olimpiya mükafatçısı Lyubov Çerkaşina qəbul edib. O isə multi-idman forumunun simvolunu Belarusun xalq artisti Vladimir Qostyuxinə ötürüb. Daha sonra Dövlət Bayrağı Meydanınadək məşəli ölkənin idman, mədəniyyət, media, səhiyyə və istehsalat sferalarının məşhur nümayəndələri aparıb. Onların arasında yunan-Roma güləşi üzrə əslən azərbaycanlı olimpiya, ikiqat dünya və üçqat Avropa çempionu Kamandar Məcidov da olub.

Məşəlin Bayraq Meydanına gəlişini II Avropa Oyunlarının "Instagram" akkauntu vasitəsilə izləyənlər şounun gözəlliyini vurğulayıblar.

Belarus estrada artistləri və həftələrdir bayrama hazırlaşan digər şəxslərlə birgə yüzlərlə könüllü dinamik rəqslər və canlı musiqi kompozisiyaları yaradıblar. Qonaqlar və şəhər sakinləri ilə birgə bayram gecəsindən estafetin əvvəlki mərhələsinin yüzlərlə məşəlçisi, habelə, II Avropa Oyunlarının ulduz səfirləri zövq alıblar.

Təntənəli mərasimin finalı səhnəyə məşəlin gətirilməsi olub. Biatlonçu Darya Domraçeva, kanoeçi Aleksandr Boqdanoviç və atlet Marina Arzamasova alqış sədaları altında məşəli Dövlət Bayrağı Meydanında Təşkilat Komitəsinin rəsmilərinə təqdim ediblər.

Daha sonra Belarus idmanında nəsil dəyişiklilərini simvolizə edən əsl tarixi an yetişib. Səhnəyə sərbəst güləş üzrə üçqat olimpiya çempionu Aleksandr Medved çıxıb. O, simvolu estafetin final mərhələsi üçün Stepan Popov, Elvira German və Olqa Mazuryonoka təqdim edib.

Bu gündən məşəl şəhərin mərkəzi küçə və prospektləri, parkları, Atletlər Kəndi və görməli yerlərini dolaşaraq, açılış mərasimi zamanı - iyunun 21-də "Minsk Arena"ya daxil olacaq.

Qeyd edək ki, II Avropa Oyunları iyunun 30-dək davam edəcək. (report.az)

AzNews.az

image description image description image description image description image description