Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub. Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub.
  • Fanat
  • 18 İyun 2019 18:25
  •  1 277

"Qarabağ"ın kapitanı rəqiblə bağlı fikirini bildirdi

Bu gün Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibi məlum olub.

Ağdam klubu bu mərhələdə son Albaniya çempionu "Partizani"ylə qarşılaşacaq.

Komandanın kapitanı Rəşad Sadıqov klubun saytına açıqlamasında püşkü dəyərləndirib:

"Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq, keçən il də bu ölkənin komandasıyla qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odur ki, özümüz yaxşı hazırlaşaq və yaxşı formada olaq. Çünki Çempionlar Liqasıdır, hər bir rəqib təhlükəlidir. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq".(qafqazinfo.az)

AzNews.az