Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib
  • Fanat
  • 19 İyun 2019 08:35
  •  1 144

Platini azadlığa buraxıldı

Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib

UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.

TASS-a istinadən xəbər verilir ki, bu barədə "France Presse" məlumat yayıb.

Platini futbol üzrə 2022-ci il dünya çempionatının keçirilməsi yerinin seçkiləri zamanı korrupsiya işi üzrə saxlanıılıb. Bu halda Platinin nümayəndəsi Jan-Kristof Alke iddia edirdi ki, məmuru şahid ifadələrini vermək üçün həbs ediblər. Bu, ona görə edilib ki, prosesə cəlb edilmiş digər şəxslər təhqiqat çərçivəsində razılaşa bilməsinlər.

Mişel Platini UEFA-ya 2007-2015-ci illərdə rəhbərlik edib. 2015-ci il oktyabrın 8-də FIFA Etika Komitəsinin Arbitraj Palatası onu 90 gün müddətinə vəzifəsindən kənarlaşdırıb. Dekabrın 21-də isə Platini 8 il müddətinə diskvalifikasiyaya məruz qalıb. Lakin 2016-cı ilin mayında cəza 4 ilə enib. (Report)