O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib
  • Fanat
  • 19 İyun 2019 23:19
  •  1 489

“Milan” yeni baş məşqçisini açıqladı

O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib

İtaliya "Sampdoriya"sının sabiq baş məşqçisi Marko Campaolo "Milan"ın sükanı arxasına keçib.

"Rossonerlər"in saytı xəbər verir ki, rəsmi təyinat iyulun 1-də açıqlanacaq. 52 yaşlı mütəxəssislə müqavilə 2+1 il şərti ilə qüvvədə olacaq. O, yeni vəzifədə Cennaro Qattuzonu əvəzləyib.

Əvvəllər Campaolo "Empoli", "Kremoneze", "Breşiya", Çezena", "Kataniya", "Siena" və "Kalyari" komandalarında çalışıb. 2018/2019 mövsümündə "Milan" A Seriyasında 68 xalla 5-ci yeri tutub. "Sampdoriya" isə 53 xalla 9-cu olub.(report.az)

AzNews.az