İki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir İki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir
  • Fanat
  • 20 İyun 2019 09:58
  •  1 879

Argentina futbolçuları yenə qələbə qazana bilmədi - Amerika kuboku

İki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir

İyunun 20-də futbol üzrə Amerika kubokunda növbəti oyunlar keçirilib.

“B” qrupunda yer alan Argentina milli komandası Paraqvay seçməsi ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Bununla da Argentina qrupda ikinci oyununda da xal itirib.

Qrupunun digər oyununda Kolumbiya və Qətər milliləri üz-üzə gəlib. Matç Kolumbiyanın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 1:0. Oyunda yeganə qolu 85-ci dəqiqədə Duvan Zapata Qətər millisinin qapısından keçirib.

Beləliklə, iki oyundan sonra Kolumbiya millisi 6 xalla qrupa başçılıq edir. Paraqvay 2 xalla ikinci pillədə qərarlaşıb. Hesabında 1 xal olan Argentina isə qrup sonuncusudur. (Azərtac)