Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar
  • Fanat
  • 23 İyun 2019 20:16
  •  2 049

Azərbaycanın akrobat dueti 3-cü medalı qazanıb

Azərbaycanın idman akrobatları Ruhidil Qurbanlı və Abdulla Əl-Məsaihi "Minsk 2019" II Avropa Oyunlarında 3-cü medallarını qazanıblar

Minskə ezam olunan əməkdaşının məlumatına görə, duet bu dəfə qarışıq cütlərin kombinə olunmuş hərəkətlərində fərqlənib.

Onların çıxışı 29,540 xalla qiymətləndirilib. Azərbaycanlı cütlük yalnız rusiyalı Viktoriya Aksyonova və Kirill Startsevdən (29,580) geri qalıb.

Qurbalı - Əl-Məşayxi ötən gün dinamik və balans hərəkətlərində də mükafatçılar sırasına düşüb. Onlar özlərinin ilk yarış gününü gümüş və bürünclə tamamlayıblar. (Report)