Ronaldonun xərclədiyi pul hər kəsi şoka saldı

Futbolçu Yunanıstanda dincəlir

İtaliyanın "Yuventus" klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldonun istirahətə xərclədiyi məbləğ hər kəsi şoka salıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sevgilisi Kristina Rodriguez ilə özəl yaxtada tətilə yollanan futbolçu həftə ərzində 200 min dollar xərcləyib.

Yaxta ilə Yunanıstana gedən Ronaldonun dəniz kənarında kirayə etdiyi villaya isə 56 min avro ödədiyi ortaya çıxıb.

Dünyanın ən çox qazanan futbolçularından biri olan Ronaldo həmişə xərcləri ilə diqqət çəkir.

Rəqsanə

AzNews.az

image description image description