"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq” "Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”
  • Fanat
  • 25 İyun 2019 23:57
  •  1 187

Qurban Qurbanov: “Daha yaxşı performans göstərəcəyik”

"Növbəti yoxlama oyunumuzu keçirdik. Bu gün yaxşı mübarizə apardıq və bir neçə qol epizodu yaratdıq”

Bunu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Azərbaycan çempionunun baş məşqçisi Rumıniyanın “Universitatya” (Krayova) klubu ilə yoxlama oyunu barədə fikirlərini açıqlayıb: “Üç gündən bir oynayırıq və futbolçular bu gün daha yüklənmiş vəziyyətdə meydana çıxmışdı. Oyundan oyuna daha yaxşı performans göstərəcəyik. Rəqibimiz də olduqca intizamlı və mübarizə aparan komanda idi".

Qeyd edək ki, yoxlama oyunu 0:0 hesabı ilə başa çatıb. (APA)