Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib
  • Fanat
  • 26 İyun 2019 19:20
  •  2 030

Minsk-2019: Hacı Əliyev daha bir ermənini məğlub edərək finala yüksəlib

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında güləş yarışlarında növbəti qarşılaşmalar keçirilib

65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər yarımfinal görüşlərinə çıxıblar.

Azərbaycan təmsilçisi Hacı Əliyev ukraynalı Hor Ohanesyanla üz-üzə gəlib. Görüşün ilk yarısı Ohanesyanın üstünlüyü ilə tamamlanıb.

İkinci hissədə isə Əliyev 4 xal alaraq, önə çıxıb. Rəqib etirazla 1 xal alaraq, görüşü 4:4 hessblı heç-heçə ilə tamamlasa da, Azərbaycan təmsilçisi fəal güləşməsi səbəbindən qalib olub.

Bundan əvvəl 1/8 finalda da erməni rəqibini yenən H.Əliyev sabah keçiriləcək finalda Gürcüstan təmsilçisi Vladimir Xinçeqaşvili ilə üz-üzə gələcək.
Qeyd edək ki, bu gün mübarizəyə başlayan daha bir sərbəst güləşçimiz yarımfinal qarşılaşmasına çıxacaq. Nurməhəmməd Hacıyev (97 kq) ukraynalı Murazi Mçedlidze ilə üz-üzə gələcək. (APA)