Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq dayandırılıb Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq dayandırılıb
  • Fanat
  • 26 İyun 2019 21:22
  •  2 144

“Neftçi”nin oyunu yarımçıq dayandırıldı

Bakının “Neftçi” klubunun Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci oyunu yarımçıq dayandırılıb

“Ağ-qaralar” Rumıniyanın “Politexnika” (İaşi) klubu ilə üz-üzə gəlib.

Məlumata görə, oyun cəmi 11 dəqiqə sürüb. Görüşün keçirildiyi “Fənərbaxça Topuk Yaylası Resort and Sport” otelinin meydanındakı qarşılaşmanı davam etdirmək mümkün olmayıb. Buna güclü duman səbəb olub.

Xatırladaq ki, "Neftçi” ilk sınaq matçında "SKA-Xabarovsk”a (Rusiya) 3:1 hesabı ilə qalib gəlib. İyunun 30-da Ukraynanın "Vorskla” klubu ilə sonuncu yoxlama oyununa çıxacaq "ağ-qaralar” iyulun 1-də Türkiyə toplanışını başa vuraraq Vətənə qayıdacaq.