"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb "Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb
  • Fanat
  • 11 İyul 2019 15:32
  •  1 222

“Real”ın yeni transferinin halı pisləşdi - Konfrans yarımçıq qaldı

"Real"ın yeni transferi Eder Militaonun mətbuat konfransı yarımçıq dayandırılıb

Buna braziliyalı müdafiəçinin özünü pis hiss etməsi səbəb olub.

Madriddə tibbi müayinədən keçən 21 yaşlı futbolçu müqavilə imzaladıqdan sonra "Santyaqo Bernabeu" stadionunda azarkeşlərə təqdim edilib. Sonra jurnalistlərin qarşısına çıxan Militao qəfil özünü pis hiss edib. Başı gicəllənən futbolçu mətbuat konfransını yarımçıq saxlayıb və zalı tərk edib.

Qeyd edək ki, "Real" Militaonu 50 milyon avro ödəməklə "Portu"dan alıb.(trend.az)

AzNews.az