Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb
  • Fanat
  • 12 İyul 2019 09:10
  •  1 716

Futbolçu penalti zərbəsini qaytardı, öldü

Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb

Arqentinanın "Union de Golondrina" klubunun 17 yaşlı qapıçısı Ramon İsmael Koronel komandasının qapısına təyin olunan penalti zərbəsini dəf etdikdən sonra qəflətən dünyasını dəyişib.

"The Sun" nəşri xəbər verir ki, futbolçunun penalti zərbəsini qaytardıqdan sonra komanda yoldaşları ona təşəkkürünü bildirəndə artıq halı pisləşir.

Stadionun təcili yardımı olmadığı üçün onu təcili xəstəxanaya gətirirlər.

Prokurorluq artıq hadisəni araşdırmağa başlayıb.(report.az)

AzNews.az