Transfer məbləğinin 20 faizi hücumçunun sabiq klubuna çatıb Transfer məbləğinin 20 faizi hücumçunun sabiq klubuna çatıb
  • Fanat
  • 13 İyul 2019 12:02
  •  1 677

“Real Sosyedad” 24 milyon avro qazandı - Qrizmannın transferindən

Transfer məbləğinin 20 faizi hücumçunun sabiq klubuna çatıb

Fransa milli komandasının futbolçusu Antuan Qrizmannın İspaniya “Atletiko”sundan “Barselona”ya transferindən daha bir klub qazanc əldə edib.

“Real Sosyedad” bu keçiddən 24 milyon avro qazanıb.

Belə ki, transfer məbləğinin 20 faizi hücumçunun sabiq klubuna çatıb. Fransalını 120 milyon avroya satan “Atletiko” da bunun 24 milyonunu “Real Sosyedad”a verməli olub. Çünki A.Qrizmann 2014-cü ildə bu komandadan transfer olunarkən klublar arasında belə razılıq əldə edilib.

Qeyd edək ki, “Barselona” ilə hücumçu arasında müqavilədə onun komandadan ayrılması üçün zəruri olan məbləğ kimi 800 milyon avro göstərilib. Bu o deməkdir ki, A.Qrizmannın İspaniya klubunu tərk etməsi üçün bu məbləğ ödənilməlidir. Bununla da fransalı “Barselona”nın ən bahalı oyunçusu olub. Argentinalı Lionel Messidə bu rəqəm 700 milyondur.​ (APA)