"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik" "İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik"
  • Fanat
  • 16 İyul 2019 19:51
  •  2 134

"Partizani"nin baş məşqçisi: "Bakıya turist kimi gəlməmişik"

"İlk oyundakı nəticədən sonra bura ümidli gəlmişik. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik"

Bunu "Partizani"nin baş məşqçisi Franko Lerda deyib.

Albaniya çempionu Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində sabah "Qarabağ"ın qonağı olacaq.

Qarşılaşmadan əvvəl təşkil edilən mətbuat konfransında italiyalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

- Albaniya mətbuatında yazılana görə, "Partizani" penaltilər seriyasına hazırlaşır. Maraqlıdır, ümidinizi yalnız buna bağlamısınız?
- Bu, oyunun gedişatından asılıdır. Təbii ki, sabah oyun qolsuz bərabərə nəticələnsə, penaltilər seriyasına ehtiyac olacaq. Biz buna da hazırlaşmışıq.

- 90 və ya 120 dəqiqə ərzində "Qarabağ"ı keçmək şansınızı real görürsünüz?
- Bakıya turist kimi gəlməmişik. Var gücümüzlə çıxış edəcəyik. İlk oyun geridə qalıb. Cavab matçında uğurlu nəticə qazanmağa çalışacağıq.

- Futbolçularınız inamlı çıxış edib. Bu, rəqib üzərində psixoloji təsir cəhdidir, yoxsa, həqiqətən də, növbəti mərhələyə ümidiniz böyükdür?
- Qələbə qazanacağımıza 100 faiz əmin deyilik. "Qarabağ"ın büdcəsi bizdən qat-qat çoxdur. Amma futbolda hər şey ola bilər.

- İlk oyundan sonra "Qarabağ" gözlədiyiniz gücdə çıxdı?
- "Qarabağ" haqda bildiklərim ilk oyundan sonra özünü təsdiqlədi. Fərdi bacarığı yüksək olan oyunçuları var. Onları "Roma"ya qarşı matçda da izləmişdim. Gözlədiyim kimi, güclü komanda ilə qarşılaşdıq. (APA)