Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub
  • Fanat
  • 17 İyul 2019 20:29
  •  1 207

Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır

Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub

Dövlət Statistika Komitəsindən Aznews.az-a verilən məlumata görə, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.