Meksikanın "Klub Amerika" komandası Reyesə müştəri çıxıb Meksikanın "Klub Amerika" komandası Reyesə müştəri çıxıb
  • Fanat
  • 18 İyul 2019 10:39
  •  1 448

"Fənərbaxça"nın meksikalı futbolçusu özünə klub tapdı

Meksikanın "Klub Amerika" komandası Reyesə müştəri çıxıb

İstanbulun "Fənərbaxça" futbol klubunun heyətinə düşməyən Diego Reyesə Meksikanın "Klub Amerika" komandası müştəri çıxıb.

AzNews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, Meksikanın milli komandası ilə Qızıl Kubok sevincini yaşayıb. Tətilə çıxan 26 yaşlı müdafiəçi bir yandan da klub axtarışına davam edir.

Reyesə son olaraq ölkəsindən "Klub Amerika"nın müştəri çıxdığı məlum olub.

"Fənərbaxça" ilə bir illik müqaviləsi olan futbolçunun Meksika komandasına transfer ediləcəyi gözlənilir.

Səidə Vahid

AzNews.az