Cavab qarşılaşması iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq Cavab qarşılaşması iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq
  • Fanat
  • 18 İyul 2019 11:56
  •  1 167

“Qarabağ”ın “Dandolk”la oyunlarının vaxtı açıqlandı

Cavab qarşılaşması iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın “Dandolk” komandasına qarşı keçirəcəyi oyunların tarix və saatları açıqlanıb.

İlk matç iyulun 24-də Dandolk şəhərindəki “Oriel Park” stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Cavab qarşılaşması isə iyulun 31-də Bakıda “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.

Qeyd edək ki, “Qarabağ” I mərhələdə Albaniya çempionu “Partizani”ni, “Dandolk” isə Latviyanın “Riqa” kollektivini mübarizədən kənarlaşdırıb.(report.az)

AzNews.az