- Fanat
- 18 İyul 2019 19:39
- 1 284
Azərbaycan paralimpiyaçısı Tokio2020-də iştirak hüququ qazanıb
Pauerliftinq üzrə Azərbaycanın paralimpiya milli komandasının üzvü Elşən Hüseynov Tokio-2020 Yay Paralimiya Oyunlarına lisenziyasını təmin edib
Təmsilçimiz bu uğura Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında imza atıb.
E. Hüseynov (107 kq) 217 kq çəki qaldırmaqla, dünya reytinqində 4-cü yerini möhkəmləndirib. Bu isə ona Tokio-2020-də iştirak hüququ verib. (APA)