Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin heyətində çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu Avropa Liqasında növbəti oyununu keçirib Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin heyətində çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu Avropa Liqasında növbəti oyununu keçirib
  • Fanat
  • 18 İyul 2019 21:38
  •  2 553

Emil Balayevin komandası avrokuboklarla vidalaşıb

Azərbaycan milli komandasının futbolçusu Emil Balayevin heyətində çıxış etdiyi Qazaxıstanın “Tobol” klubu Avropa Liqasında növbəti oyununu keçirib

Qapıçımızın komandası Lüksemburqun “Jeness” klubu ilə üz-üzə gəlib.

Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda hesabı qazaxıstanlılar açıb. Lakin qonaqlar ikinci hissədə E.Baleyevin qoruduğu qapıya yol tapıb – 1:1.

90 dəqiqə meydanda olan qolkiperin penaltidən buraxdığı bu top “Tobol”un mübarizəni dayandırması ilə nəticələnib. İlk oyunda qolsuz heç-heçə edən Qazaxıstan təmsilçisi evdə buraxılan topa görə yarışla vidalaşıb. (APA)