O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub
  • Fanat
  • 20 İyul 2019 07:55
  •  1 815

Məşhur italiyalı tennisçi Cüzeppe Merlo vəfat etdi

O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub

Soldan ikiəlli zərbə vurmaq texnikasını icad edən italiyalı tennisçi Cüzeppe Merlo 91 yaşında vəfat edib.

ANSA agentliyinə istinadla xəbər verir ki, məşhur tennisçi Fransa açıq çempionatında (“Roland Garros”) iki dəfə yarımfinala, İtaliya çempionatında isə iki dəfə finala yüksəlib.

O, 1950-ci illərdə İtaliya açıq çempionatının dördqat qalibi olub.

C.Merlo həmkarları F.Qardini, O.Sirola və N.Pyetranceli ilə birgə İtaliya tennisinin inkişafında xüsusi xidmətlər göstərib.