O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib
  • Fanat
  • 20 İyul 2019 12:37
  •  2 479

Zlatan İbrahimoviç Didye Droqbanın rekordunu təkrarladı

O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib

İsveç yığmasının sabiq futbolçusu Zlatan İbrahimoviç MLS-in rekordunu təkrarlayıb.

35 yaşdan sonra iki dəfə het-trik edən 2-ci futbolçu olub.

Z.İbrahimoviçə qədər yalnız Didye Droqba Şimali Amerikanı bu yaşında iki dəfə het-triklə təəccübləndirmişdi. İsveçli Los-Anceles derbisində fərqlənib. O, çıxış etdiyi “Qalaksi”nin “Los-Anceles” üzərində 3:2 hesablı qələbəsinə üç qolla töhfə verib. İlk het-trikini ötən mövsüm “Orlando” ilə matçda gerçəkləşdirən Z.İbrahimoviç D.Droqbanın 2015-ci ildəki nailiyyətini təkrar edib. (APA)