Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir
  • Fanat
  • 22 İyul 2019 21:22
  •  2 098

Bakı-2019: Azərbaycan tennisçiləri 1/16 final səddini adlaya bilməyiblər

Avropa Gənclər Yay Olimpiya Festivalında tennis yarışları davam edir

Bu gün cütlər də mübarizəyə qoşulub.

Azərbaycan iki cütlə təmsil olunub. Qızların yarışında Polina Drobiçeva və Alina Hüseynova 1/16 finalda korta çıxıb. Karolina Qomeslə Rakel Qonzales (İspaniya) ilə görüşən yığma üzvləri iki setdə uduzublar – 2:6, 0:6.

Oğlanlardan ibarət cütlükdə mübarizəni erkən dayandırıb. 1/16 finalda qüvvəsini sınayan Kənan Qasımov və Tamerlan Əzizov cütü Daniel İvanov və Tyaqo Pereyradan (Portuqaliya) daha ağır məğlubiyyət alıb – 1:6, 0:6.

Qeyd edək ki, bunadək tennisçilərimizin dördü də fərdi yarışlarda 1/32 final səddini adlaya bilməyib. (APA)