Cəza hakim tərəfindən veriləcək Cəza hakim tərəfindən veriləcək
  • Fanat
  • 30 İyul 2019 12:55
  •  1 496

İngiltərədən yenilik: futbolçu oyundan 10 dəqiqəlik kənarlaşdırıla biləcək VİDEO

Cəza hakim tərəfindən veriləcək

İngiltərə Futbol Federasiyası hakimlə mübahisəyə görə futbolçuların müvəqqəti kənarlaşması ilə bağlı yeni qayda tətbiq edir.

AzNews.az Federasiyanın mətbuat xidməti tərəfindən yayılan məlumata əsasən bildirir ki, yeni qayda 2019/2020 mövsümündən işə başlayacaq.

Bu yenilik beşinci İngiltərə Liqasına qədər, eləcə də üçüncü qadın Liqasına qədər futbolun bütün səviyyələrində tətbiq ediləcək. Cəza qərarı hakim tərəfindən veriləcək, futbolçuya isə sarı kart göstəriləcək. İki müvəqqəti cərimə alan futbolçu görüşün sonuna qədər oyundan kənarlaşdırılacaq.

Bundan əlavə, İngiltərə Futbol Federasiyası yeni qaydanın necə işləyəcəyi barədə ətraflı məlumat verən interaktiv videorolik hazırlayıb.

Nigar Orucova

AzNews.az