"Oyuna hücumlarla başladıq. İlk 15 dəqiqə ərzində hücum futbolu sərgilədik. Amma rəqibin də yaxşı epizodları oldu. Düşünürəm ki, epizodlarımızdan sadəcə birini dəyərləndirə bildik" "Oyuna hücumlarla başladıq. İlk 15 dəqiqə ərzində hücum futbolu sərgilədik. Amma rəqibin də yaxşı epizodları oldu. Düşünürəm ki, epizodlarımızdan sadəcə birini dəyərləndirə bildik"
  • Fanat
  • 16 Avqust 2019 22:46
  •  1 914

"Qarabağ"ın hücumçusu: "Avropa Liqası matçına da bildiyimiz kimi hazırlaşacaqdıq"

"Oyuna hücumlarla başladıq. İlk 15 dəqiqə ərzində hücum futbolu sərgilədik. Amma rəqibin də yaxşı epizodları oldu. Düşünürəm ki, epizodlarımızdan sadəcə birini dəyərləndirə bildik"

Bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Mahir Emreli səfərdə "Keşlə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk tur matçını dəyərləndirərkən deyib. 22 yaşlı hücumçu digər sualları da cavablandırıb...

- Kipr APOEL-inə Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündəki məğlubiyyətdən 3 gün sonra bu matça köklənmək çətin olmadı?

- Dünənki iclasadək məyusluq hiss olunurdu. Amma baş məşqçimiz Qurban Qurbanov bizi motivasiya etdi. İşimiz belədir ki, hər dəfə yeni oyunlara hazırlaşmalıyıq. Nə sevinməyə, nə də üzülməyə çoxlu vaxt olur. Qurban müəllim də bizi buna səslədi. Özümüzü toparlayaraq bugünkü matçdan qalib ayrıldıq.

- Bu günkü qələbə, futbol dili ilə desək, sizi ayıldacaqmı?

- Bu gün "Keşlə" ilə oyunu düşünürdük. Başqa komanda da, Avropa Liqası matçı da olsaydı, yenə öz bildiyimiz kimi hazırlaşacaqdıq. Bu matçı unudub gələn oyuna hazırlaşacağıq.

- Niyə səfərdə qalib gəldiyiniz halda, Bakıda uduzdunuz və Kipr APOEL-ini üstələyə bilmədiniz?

- Sadəcə, bizim günümüz deyildi. Rəqibin çoxlu qol epizodu olmadı. Üstün tərəf daha çox biz idik. Sadəcə, bəxtimiz gətirmədi.

- Elə görünür ki, Şimali İrlandiya "Linfild"ini keçərək, Avropa Liqasının qrup mərhələsinə adlayacaqsınız...

- Hamıya necə göründüyünü bilmirəm, amma biz belə hiss etmirik. Əlbəttə, inanmaq, dəstək olmaq lazımdır. Düşünürəm ki, azarkeşlərin və medianın dəstəyi ilə qələbə qazanmağa çalışacağıq.

- "Linfild"i üstələyə bilərsiniz?

- Müasir futbol elədir ki, istənilən rəqibi keçmək olar. Çempionlar Liqasının yarımfinalçısı olmasına baxmayaraq, Hollandiya "Ayaks"ı Yunanıstanda PAOK-la 2:2 hesablı heç-heçə etdi. Bu, məncə, sensasiyalı nəticədir. Yəni, hər şey mümkündür. (Report)