"Legioner limiti ləğv olunmalıdır ki..." "Legioner limiti ləğv olunmalıdır ki..."
  • Fanat
  • 19 Avqust 2019 15:02
  •  1 651

Ramin Musayev legioner limitinin ləğv edilməsini istəyir

"Legioner limiti ləğv olunmalıdır ki..."

“Legioner limiti artıq məni də narahat edir. Bunu ləğv etmək lazımdır. Beləcə yerli futbolçular arasında rəqabəti artırmaq olar”.

Bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib. O, azərbaycanlı futbolçuların öz üzərlərində işləməməsindən də gileylənib:

“Yerli futbolçular arasında rəqabətə fikir verin, biri əsas heyətə düşən kimi arxayınlaşır. Bununla irəli getmək olmaz. Legioner limiti ləğv olunmalıdır ki, azərbaycanlı futbolçular arasında rəqabət olsun. AFFA-nın qarşıdakı toplantısında bunu mütləq təklif edəcəm. Həm də klublar əcnəbilərin xidmətindən istədiyi kimi yararlanacaq”.(sportinfo.az)

AzNews.az